2 C
Baku
Tuesday, February 25, 2025

Özbəkistan parlamenti Azərbaycanla imzalanmış sazişi ratifikasiya edib

Özbəkistan Ali Məclisinin qanunvericilik palatası (parlamentin aşağı palatası) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında sazişi təsdiqləyib.

Sənəd Ali Məclisin Senatına (yuxarı palata) göndərilib.

Qeyd edək ki, saziş 2024-cü il avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında iki ölkənin Ali Dövlətlərarası Şurasının ilk iclasının yekunları üzrə imzalanıb.

Razılaşmanın mühüm cəhəti onun qarşı tərəfin maraqlarına qarşı yönəlmiş ittifaqlara və bloklara qoşulmamaq haqqında müddəasıdır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər