Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək.
Banker.az xəbər verir ki, o, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib.
“Əminəm ki, yaxın gələcəkdə Azərbaycana səfərimiz çoxşaxəli və uzunmüddətli əlaqələrimizdə yeni tarixi dövrün başlanğıcı olacaq, əməkdaşlığımızı arzuladığımız və mövcud imkanlarımıza uyğun şəkildə daha yüksək səviyyəyə çatdıracaq”, – dövlət başçısı bildirib.