32 C
Baku
Monday, July 8, 2024

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir – Yenilənib

16:33

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 5-də Azərbaycana səfərə gəlib.

TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

***

14:49

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) iyulun 5-6-da Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək.

Qeyd edək ki, “Nəqliyyat bağlantısı və iqlim fəaliyyəti vasitəsilə davamlı gələcəyin qurulması” mövzusunda keçiriləcək sammitin gündəliyinə ticari-iqtisadi, nəqliyyat-kommunikasiya və investisiya-maliyyə sahələrində, həmçinin “yaşıl iqtisadiyyat”, bərpa olunan enerji, iqlim dəyişikliyi ilə mübarizə və insan kapitalının inkişafı sahələrində regional əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri daxil edilib.

Son xəbərlər
Digər xəbərlər