2 C
Baku
Saturday, December 14, 2024

Özbəkistan Prezidenti İlham Əliyevi səfərə dəvət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev tarixi, dil və mədəni yaxınlığın münasibətlərimizin möhkəmlənməsi üçün əsas yaratdığını bildirdi. İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı ticarət dövriyyəsinin səviyyəsinin artırılmasının önəmini qeyd etdi və bunun üçün yaxşı imkanların olduğunu vurğuladı. Həm Azərbaycanda, həm də Özbəkistanda nəqliyyat infrastrukturu sahəsində böyük işlərin görüldüyünü deyən Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi və nəqliyyat dəhlizlərinin tam şəkildə işə salınması üçün perspektivlərin mövcud olduğunu bildirdi. Dövlətimizin başçısı ölkələrimizin iqtisadi sahədə qazandığı nailiyyətləri də qeyd edərək qarşılıqlı sərmayə qoyuluşu və digər ölkələrdəki layihələrə birgə sərmayə yatırılması imkanlarının da nəzərdən keçirilməsinin əhəmiyyətini vurğuladı.

Türk Dövlətləri Təşkilatında əməkdaşlıq məsələlərinə toxunan dövlətimizin başçısı bu təşkilat çərçivəsində iş birliyimizin ölkələrimizin qardaşlığı və tarixi dostluğundan, mədəni köklərdən irəli gələrək təbii əməkdaşlıq xarakteri daşıdığını vurğuladı və bu baxımdan Özbəkistanın bu təşkilata tamhüquqlu üzv olmasının önəmini qeyd etdi.

Prezident İlham Əliyev digər beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də uğurlu əməkdaşlığın və ölkələrimizin qarşılıqlı dəstəyinin önəminə toxundu.

Dövlətimizin başçısı xüsusi olaraq qeyd etdi ki, qardaş türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilir.

Nurdinjon İsmoilov Şavkat Mirziyoyevin Prezident İlham Əliyevin Özbəkistana səfərini gözlədiyini diqqətə çatdırdı.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər