27 C
Baku
Saturday, June 29, 2024

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərə gəlib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Banker.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Şavkat Mirziyoyevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

O, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək birinci sammitində iştirak edəcək.

Son xəbərlər
Digər xəbərlər