6 C
Baku
Monday, December 16, 2024

Özbəkistan qarışıq seçki sisteminə keçib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə majoritar seçki sistemindən majoritar-proporsional seçki sisteminə keçidin nəzərdə tutulduğu konstitusiya qanununu imzalayıb.

Bu qanun parlamentin Qanunvericilik Palatası (aşağı) tərəfindən oktyabrın 31-də qəbul edilib və noyabrın 24-də Özbəkistan Senatı tərəfindən təsdiq edilib.

Qanuna əsasən, Qanunvericilik Palatasına seçkilər qarışıq (majoritar-proporsional) seçki sistemi əsasında keçiriləcək. Aşağı palatanın 75 deputatı majoritar seçki sistemi ilə birmandatlı dairələrdən, qalan 75 deputat isə proporsional seçki sistemi (partiya siyahısı) ilə siyasi partiyalara verilən səslər əsasında vahid dairədən seçilir.

Özbəkistanın Qanunvericilik Palatası 150 deputatdan ibarətdir. Hazırda ölkədə 5 siyasi partiya fəaliyyət göstərir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər