Özbəkistan Qazaxıstanla sərhəddə yerləşən Qaraqalpaq Muxtar Respublikasındakı sərhəd keçid-buraxılış məntəqəsini müvəqqəti olaraq bağlayıb.
Məlumatı “Zakon” yayıb.
Bildirilib ki, Özbəkistanla Qazaxıstan arasında olan “Daut-ata” – “Tajen” buraxılış məntəqəsində şəxslər, nəqliyyat vasitələri və yük maşınlarının buraxılması müvəqqəti olaraq dayandırılıb.
Bununla yanaşı hazırda “Karakalpak-Beyneu” dəmir yol marşrutunun bağlanması planlaşdırılır.
Qeyd edək ki, iyulun 1-də Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında konstitusiyaya əlavə və dəyişikliklər layihəsinə etiraz olaraq mtinq keçirilib.