2 C
Baku
Saturday, December 14, 2024

Özbəkistan qazın idxalı və ixracını artırıb

2024-cü ilin birinci yarısında Özbəkistan 809 milyon dollardan çox təbii qaz alıb ki, bu da keçən ilin eyni dövründəki idxaldan dörd dəfə çoxdur.

Bu barədə Özbəkistan mətbuatı Milli Statistika Agentliyinin məlumatlarına istinadla məlumat yayıb.

Fevralda idxalın həcmi 131,1 milyon dollara çatıb və bu rəqəm ölkənin 35,6 milyon dollar dəyərində qaz aldığı yanvar ayı ilə müqayisədə 3,7 dəfə artıb. Mart ayında həmin göstərici 193,5 milyon dollara yüksəlib, apreldə isə 102,6 milyon dollara düşüb. May və iyun aylarında idxalın həcmi müvafiq olaraq 180,4 və 166,3 milyon dollar təşkil edib.

İdxalın artmasına baxmayaraq, Özbəkistan qaz ixracını da davam etdirir. Bu ilin 6 ayında ixracat həcmi 13,3 faiz artaraq 241,4 milyon dollara çatıb. Bu rəqəm 2023-cü ilin analoji dövrü ilə müqayisədə azdır. Bununla belə, iyunda qaz ixracı artaraq 181,5 milyon dollar təşkil edib ki, bu da may ayı ilə müqayisədə 24 dəfə, keçən ilin iyun ayından isə 2,4 dəfə çoxdur.

Çin yenə də Özbəkistan qazının əsas alıcısı olaraq qalır. Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına görə, ilin əvvəlindən Özbəkistandan qaz idxalının həcmi təxminən 235 milyon dollar təşkil edib.

Özbəkistan Çinlə yanaşı, qonşu Qırğızıstan və Tacikistana da qaz tədarük edir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər