9 C
Baku
Sunday, November 17, 2024

Özbəkistan quş əti ixracına məhdudiyyətləri ləğv edir

İyulun 1-dən Özbəkistan quş ətinin ixracına qoyulan bütün məhdudiyyətləri aradan qaldıracaq.

Özbəkistan mətbuatının Ədliyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, bu, ölkə başçısının quşçuluq təsərrüfatının dəstəklənməsi, müasir genetik texnologiyaların və əməkdaşlıq sisteminin tətbiqi haqqında 27 iyun tarixli Sərəncamında nəzərdə tutulub.

Özbək mediası qeyd edir ki, quş ətinin ixracına icazə verilməsi planları bu yaxınlarda dövlət başçısı ilə görüşdə açıqlanıb.

2017-ci ilin sonundan etibarən mal-qara, ev quşları və ət ölkə başçısının qərarları əsasında ixrac olunan məhsulların siyahısına daxil edilib.

Qərara əsasən, quş əti məhsulları istehsal edən sahibkarlıq subyektləri 2030-cu il yanvarın 1-dək hüquqi şəxslərdın alınan torpaq vergisindən azad edilib. ️

Məqalələrdə, həmçinin bildirilir ki, oktyabrın 1-dən Özbəkistan ərazisinə təzə, soyudulmuş və ya dondurulmuş ət və quş əti əlavə məhsullarının idxalı üçün müəyyən edilmiş gömrük rüsumundan azadolma ləğv ediləcək.

Bundan əlavə, qərarda kooperativ sisteminə əsaslanan “Aqroparranda Klaster” (“Aqro-quşçuluq Klaster”) layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər