Özbəkistan Rusiya qazının alınması ilə bağlı müqavilə imzalayıb.
Bu barədə Özbəkistanın Energetika Nazirliyinin mətbuat xidməti “Telegram”da məlumat yayıb.
Bildirilib ki, Özbəkistanın “UzQaztrade” Səhmdar Cəmiyyəti ilə Rusiyanın “Qazprom Eksport” MMC şirkəti təbii qazın alışına dair iki il müddətinə müqavilə imzalayıb, tədarüklərə oktyabrın 1-də başlanması, müqavilə çərçivəsində sutkada 9 milyon kubmetr təbii qazın idxalı planlaşdırılır.
Təbii qaz alışının həcmi ildə təqribən 2.8 milyard kubmetr təşkil edəcək.
Nazirliyin məlumatına görə, müqavilə tam kommersiya şərtləri əsasında hazırlanıb və Özbəkistan istehlakçılarının təbii qaza hər il artan tələbatının qismən ödənilməsinə, payız-qış mövsümünün problemsiz keçməsinə yönəlmiş tədbirlərdən biridir.