7 C
Baku
Thursday, December 12, 2024

Özbəkistan Rusiyanın “üçlü qaz ittifaqı” ideyasından imtina edib

Özbəkistanın baş nazirinin müavini və energetika naziri Jorabek Mirzamahmudov bildirib ki, “Rusiya ilə qaz müqaviləsi bağlansa belə, bu, müttəfiqlik demək deyil”. Onun sözlərinə görə, Moskva və Daşkənd qonşu Qazaxıstan vasitəsilə Rusiya qazının tədarükü ilə bağlı danışıqlar aparır, lakin “bu, texniki müqavilə olacaq”.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

“Tələbi ödəmək, daxili istehlakı təmin etmək və problemi həll etmək üçün bu gün biz qaz və elektrik enerjisinin hansısa ittifaq deyil, qonşu ölkələrdən idxalı yolu ilə bağlı danışıqlar aparırıq”, – deyə Jorabek Mirzamahmudov söyləyib.

“Reuters”in qeyd etdiyi kimi, soyuq qış fonunda Özbəkistan yanacaq qıtlığı yaşayır və hətta Çinə gündəlik 6 milyon kubmetr qaz ixracını dayandırmaq məcburiyyətində qalıb.

Mirzəmaxmudovun istinad etdiyi Qazaxıstan Energetika Nazirliyinin məlumatına görə, ölkədə ildə təqribən 52 milyard kubmetr təbii qaz hasil edilir, idxal 4 milyard kubmetr, ixrac isə 2.7 milyard kubmetr təşkil edir.

Son xəbərlər
Digər xəbərlər