Özbəkistan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ölkələrinin koalisiyasına qoşulmaq üçün müraciət edib.
Bunu Rusiya Federasiyası baş nazirinin müavini, Rusiya prezidentinin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə xüsusi nümayəndəsi Vitali Savelyev deyib.
O həmçinin bildirib ki, bu dəhliz Suveyş kanalı ilə rəqabət aparacaq.
“Biz inanırıq ki, bu dəhliz tikintini tam başa çatdırdıqdan sonra zaman keçdikcə güc qazanacaq və Süveyş kanalına real alternativ olacaq”, – Savelyev yekunlaşdırıb.