Sənaye, energetika, investisiya, kiçik və orta biznes, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə əlaqələrin gücləndirilməsi üçün geniş imkanlar var. Bu barədə Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında ətraflı müzakirə aparılıb.
Banker.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
“Həmkarlarımıza işğaldan azad edilmiş ərazilərimizin potensialı barədə məlumat verdik, Özbəkistan şirkətlərini ölkəmizin əlverişli investisiya və biznes mühitindən yararlanmağa dəvət etdik” – deyə, nazir əlavə edib.