Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri vizasız rejim tətbiq edib.
Bu barədə Özbəkistan XİN mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, iki ölkə arasında viza tələblərinin qarşılıqlı şəkildə aradan qaldırılmasına dair bu ilin 16 yanvar tarixində imzalanmış protokol bu gündəm qüvvəyə minir.
Protokola əsasən, Özbəkistan vətəndaşları BƏƏ-də 30 gündən çox olmayan müddətə vizasız qala biləcəklər.