17 C
Baku
Thursday, May 2, 2024

Özbəkistan və Səudiyyə Ərəbistanı arasında $12 mlrd.-lıq saziş imzalanıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Özbəkistanla Səudiyyə Ərəbistanı arasında çoxşaxəli əməkdaşlığın və tammiqyaslı tərəfdaşlığın, o cümlədən ən yüksək səviyyədə razılaşmaların qeyd-şərtsiz praktiki həyata keçirilməsinin daha da genişləndirilməsinin cari məsələləri müzakirə edilib.

Səfər zamanı kimya, energetika, kənd təsərrüfatı, əczaçılıq, informasiya texnologiyaları və infrastrukturun inkişafı sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə dair 12 milyard ABŞ dollar dəyərində sazişlər imzalanıb.

Özbəkistanın müxtəlif regionlarında iri enerji layihələrinin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin nəqliyyat infrastrukturu və kommunal xidmətlər, geologiya, irriqasiya, məişət tullantılarının emalı, ali təhsil, əmək miqrasiyası sahələrində ümumi dəyəri 11 milyard ABŞ dolları olan yeni layihə və proqramların təşviqi ilə bağlı razılıq əldə olunub.

Özbəkistanda “yaşıl enerji”nin inkişafında ən böyük investor və strateji tərəfdaş olan “ACWA Power” şirkəti ilə səmərəli tərəfdaşlıq xüsusilə vurğulanıb. Hazırda bu şirkət 7.5 milyard ABŞ dolları dəyərində layihələr həyata keçirir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər