12 C
Baku
Wednesday, December 11, 2024

Özbəkistana yeni xarici işlər naziri təyin edilib

Bəxtiyor Saidov Özbəkistanın xarici işlər naziri təyin edilib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu barədə müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının mətbuat katibi Şerzod Əsədov bildirib ki, Saidovun Özbəkistan Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyi Ali Məclisin Qanunvericilik Palatasının deputatları tərəfindən nəzərdən keçirilib və təsdiq edilib.

Xatırladaq ki, o, 2022-ci ilin dekabrından etibarən Özbəkistanın xarici işlər naziri vəzifəsini müvəqqəti icra edirdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər