14 C
Baku
Friday, November 8, 2024

Özbəkistanda Azərbaycan da daxil olmaqla 10 ölkə $7 mlrd.-lıq investisiya layihələri həyata keçirir

Özbəkistanda xarici investorlar və yerli sahibkarlar tərəfindən ümumi dəyəri 7 milyard dollardan çox olan 132 layihə həyata keçirilir.

Bu barədə Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin mətbuat xidmətinin bəyanatında deyilir.

Məlumata görə, Özbəkistan rəhbərinə 2.1 milyard dollar dəyərində 25 layihə təqdim olunub.

Qeyd olunur ki, Azərbaycanla yanaşı, Avstriya, ABŞ, Çin, Rusiya, Türkiyə, Almaniya, Səudiyyə Ərəbistanı, Küveyt və Yaponiya şirkətləri tekstil, qida, tibb, elektrik sənayesi, tikinti materialları, xidmət və digər sənaye sahələrini əhatə edən 132 layihəyə sərmayə qoyublar.

Bu layihələrin icrası nəticəsində 23 mindən çox insanın işlə təmin olunması nəzərdə tutulur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər