Gələn il aprelin 1-dən etibarən Özbəkistanda yekun istehlakçıya satılan benzin, dizel yanacağı, maye qaz və sıxılmış qaza tətbiq olunan aksiz vergi dərəcəsi artırılacaq.
Bu yaxınlarda Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev tərəfindən imzalanan “2020-ci ilin dövlət büdcəsi haqqında” qanundan irəli gəlir.
Belə ki, benzin, dizel yanacağı və maye qaza tətbiq olunan aksiz vergisi dərəcəsi 22,9%, sıxılmış qaza isə 14,9% səviyyəsində indeksləşdiriləcək.
Bundan əlavə, 2020-ci ildə alkoqol və tütün məhsullarına aksiz vergi dərəcələri iki dəfə artacaq.
©Report