9 C
Baku
Sunday, November 17, 2024

Özbəkistanda illik inflyasiya 10.6%-ə qədər artıb

Özbəkistanda deflyasiya 0.2 faiz təşkil etsə də, illik inflyasiya 10.6 faizə qədər artıb.

Bu barədə Özbəkistan Milli Statistika Agentliyi məlumat yayıb.

İyun ayında ərzaq məhsullarının qiymətləri orta hesabla 1.8 faiz azalıb, qeyri-ərzaq mallarının qiymətləri isə 0.8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 0.9 faiz bahalaşıb. Mənzil kirayəsi aylıq 0.7 faiz, illik 9.5 faiz artıb. Dərman qiymətləri artmaqda (1.4 faiz) davam edib, (ƏDV güzəştləri ləğv edildikdən sonra) stasionar müalicə və reabilitasiya xidmətlərinin qiymətləri 4.2 faiz artıb.

İyun ayında respublika üzrə dəmir yolu nəqliyyatı xidmətlərinin qiyməti orta hesabla 1.8 faiz, hava nəqliyyatı bir ay ərzində 0.2 faiz, turist səfərləri isə 1.6 faiz bahalaşıb.

Bundan başqa, dövlət uşaq bağçalarında ödənişlər 20 faiz, özəl uşaq bağçalarında 2.4 faiz bahalaşıb.

Qeyd edilir ki, aprelin sonunda Mərkəzi Bank 2024-cü il üçün ümumi inflyasiya proqnozunu 8-9 faizdən 9-11 faizə qaldırıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər