19 C
Baku
Monday, May 27, 2024

Özbəkistanda prezidentin səlahiyyət müddəti 7 ilə qədər uzadılır

Seçicilərin 90,21 faizi Özbəkistanın yeni konstitusiyası haqqında qanun layihəsini dəstəkləyib.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Səsvermədə seçicilərin 84.54 faizi iştirak edib.

Xatırladaq ki, Özbəkistan konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum ölkə Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə keçirilib. Konstitusiyaya edilən əsas əlavələrdən biri ölkə prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılmasıdır. Bununla da, dövlət başçısı Ş.Mirziyoyevin prezidentlik müddəti sıfırlanacaq və o, 2026-cı ildə üçüncü dəfə namizədliyini irəli sürə biləcək.

Bundan əlavə, dəyişikliklərə əsasən, Özbəkistan sosial dövlət elan edilir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər