Özbəkistanın “Uzbekistan Airways” milli aviadaşıyıcı şirkəti Daşkənddən Azərbaycanın paytaxtı Bakıya uçuşların sayını artırmaq planlarını açıqlayıb.
Bu barədə Özbəkistan aviaşirkətindən məlumat verilib.
Bu gün “Uzbekistan Airways”in təyyarələri Daşkənddən Bakıya və əks istiqamətdə çərşənbə axşamı, cümə axşamı və bazar günləri uçur. Əlavə dördüncü reys istər işgüzar görüşlər olsun, istər turist səfərləri və ya ailəyə, yaxınlara baş çəkmək məqsədilə olsun, sərnişinlərə iki paytaxt arasında səfərlərini daha çevik planlaşdırmağa imkan verəcək.