14 C
Baku
Monday, May 6, 2024

Özbəkistanın iki ən böyük ödəniş sistemi beynəlxalq köçürmələri dayandırıb

Özbəkistanın ən böyük ödəniş xidmətləri olan “Pay Way” və “Oson” xarici pul köçürmələrini dayandırıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. “Oson” dəyişiklikləri bu gün, 5 sentyabrda, “Pay Way” isə bir gün əvvəl elan edib.

“Pay Way” bildirib ki, xidmət bütün beynəlxalq istiqamətlərə, o cümlədən Rusiyadan və Rusiyaya köçürmələri deaktiv edib. Şirkət aydınlaşdırıb ki, Özbəkistan Mərkəzi Bankı “bu istiqamətlərə köçürmələri müvəqqəti olaraq dayandırmaq barədə göstəriş verib”, səbəb açıqlanmır.

“Oson” da həmçinin beynəlxalq köçürmələrin və xarici xidmətlər üçün ödənişlərin müvəqqəti dayandırıldığını açıqlayıb. Şirkət söz verib ki, “xidmətlərin işi yaxın vaxtlarda bərpa olunacaq”. Qeyd edək ki, Özbəkistanda 52 ödəniş sistemi fəaliyyət göstərir. “Oson və “Pay Way” onlardan ən əhəmiyyətli sayılır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər