2 C
Baku
Saturday, December 14, 2024

Özbəkistanın xarici borcu 15 mlrd. dollara çatıb

Özbəkistanın xarici borcu dekabr ayının sonunadək 15 milyard dollar olacaq.

Bu rəqəmi Ali Məclis Senatının iclasında Özbəkistan Baş Nazirinin müavini, maliyyə naziri Jamşid Kuçkarov səsləndirib.

Nazir bildirib ki, ilin əvvəlində bu rəqəm 9 milyard, oktyabr ayında isə 13,5 milyard dollar olub.

O vurğulayıb ki, ölkənin borcları əsasən beynəlxalq maliyyə institutlarınadır, məsələn, Asiya İnkişaf Bankı, Dünya Bankı və digər banklara. Dövlətlər arasında isə ən böyük borc Çinə (2 milyard dollar) və Yaponiyayadır (1,5 milyard dollar).

Nazir deyib ki, bu kreditlər əsasən ölkədə böyük layihələrin həyata keçirilməsinə xərclənir.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər