12 C
Baku
Saturday, November 23, 2024

Özbəkistanın xarici ticarət dövriyyəsi 32.65 milyard dollardır

Bu ilin yanvar-oktyabr aylarında Özbəkistanın xarici ticarət dövriyyəsi 32.65 milyard dollar olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.55 milyard dollar çoxdur.

Bu haqda Özbəkistanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bu il Özbəkistanın ən çox xarici ticarət dövriyyəsi Çin Xalq Respublikası, Rusiya, Türkiyə, Qazaxıstan, Koreya Respublikası və Qırğızıstanla olub. Qeyd edilir ki, hazırda Özbəkistanın dünyanın 179 ölkəsi ilə ticarət əlaqəsi var.

Bu ilin 10 ayında Özbəkistanın Müstəqil Dövlətlər Birliyinin ölkələri ilə xarici ticarət dövriyyəsi 12.34 milyard dollar olub. Bunun 4.29 milyardı ixrac, 8.4 milyardı isə idxal əməliyyatlarının payına düşür.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər