Son 5 ildə Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 3 dəfə artıb.
Bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda deyib.
“Bu ilin əvvəlindən qarşılıqlı ticarətin həcmi 20% artıb. Mütləq rəqəmlər hələ də nəzərəçarpacaq deyil, lakin yaxın iki ildə bu göstəricini 1 milyard ABŞ dollarına çatdırmağı hədəfləyirik”, – o bildirib.