Danimarka bir neçə ilin ən sürətli iqtisadi artımını qeydə alıb: ÜDM üçüncü rübdə 2,3% yüksəlib. Bu sıçrayışın demək olar ki, tam kreditini ölkənin əczaçılıq sektoru — xüsusən də Novo Nordisk və onun arıqlama preparatları təmin edib. Əgər əczaçılıq sektorunu çıxsaq, artım cəmi 0,7% olardı.
Amma bu “parıltının” öz çətinlikləri də var. Novo Nordisk-in bazar payı Eli Lilly-nin Mounjaro və Zepbound ilə aqressiv genişlənməsi fonunda təzyiq altındadır. Şirkətin səhmləri isə dörd ilin ən aşağı səviyyəsinə düşüb — səbəb semaglutid üzrə Altsheymer xəstəliyi üçün aparılan sınağın əsas məqsədə çatmaması olub. Arıqlama preparatları seqmentində də vəziyyət asan deyil: 2024-ün əvvəlindən bəri ilk dəfə olaraq satışlar rübdən-rübə azalıb və şirkət il ərzində bir neçə dəfə proqnozlarını aşağı salıb.
Buna baxmayaraq, istehsal və ixrac hələ də yüksəkdir — o qədər yüksək ki, iqtisadçılar deyir: səhmləri zəifləsə belə, Novo Nordisk hələ də ölkənin ÜDM-ni təkbaşına “dartan” güclü faktor olaraq qalır.







