28 C
Baku
Saturday, July 27, 2024

Özlərini İlon Mask kimi təqdim edən fırıldaqçılar 2 mln. dollardan çox pul oğurladılar

Sosial şəbəkələrdə özlərini İlon Mask kimi təqdim edən fırıldaqçılar keçən ilin oktyabrından bu ilin mart ayının sonuna kimi kriptovalyuta şəklində 2 milyon dollardan çox pul oğurlayıblar. Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Ticarət Komissiyasının (FTC) bazar ertəsi günü yayımladığı hesabatda deyilir.

Söhbət Maskın rəsmi səhifəsindən demək olar ki, fərqlənməyən hesablar yaradan, “Twitter” və digər platformaların istifadəçilərinə böyük mükafat müqabilində kriptovalyutanı onların elektron cüzdanına köçürməyi təklif edən fırıldaqçılardan gedir.

Qeyd edək ki, bu kimi hərəkətlər “Twitter”in qaydalarını pozur və sosial şəbəkə rəhbərliyi dəfələrlə saxta səhifələri blok edəcəyini vəd etsə də, saxtakarlıq sxemi hələ də fəal şəkildə istifadə olunur.

Ümumilikdə, keçən ilin oktyabrından 2021-ci ilin mart ayının sonuna qədər təxminən 7 min nəfər kriptovalyuta şəklində 80 milyon dollar itirib. Müqayisə üçün: bir il əvvəl fırıldaqçılardan zərər çəkənlərin sayı cəmi 570 nəfər təşkil edib. Onlara dəymiş ziyanın dəyəri isə 7.5 milyon dollar olub.

Son xəbərlər
Digər xəbərlər