Özümüzdə punktuallığı inkişaf etdirək

  •  
  •  
  •  
  •  

Punktuallıq çox yaxşı bir xüsusiyyətdir. Biz daim harasa tələsirik: ya məktəbə, ya işə. 

Punktuallıq isə heç bir zaman bizə maneə olmaz.

Punktuallıq sözlərdə və hərəkətlərdə məsuliyyətdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Biz sizə bu məqalədə punktuallıq xüsusiyyətini özünüzdə necə inkişaf etmək haqqında danışacağıq.

1. Saatınızın düz işlədiyini yoxlayın

Çox insanlara bu gülməli gələ bilər, lakin bəzi insanlar saatlarının batareyasının yatdığını və yaxud bir əqrəbin sındığını görməyə bilərlər, hətta zəngli saatı qurmaya da bilərlər.

Buna görə, işə gecikməmək üçün saatınızın düz işlədiyini yoxlayın.

2. Vaxtı düz anladığınıza əmin olun

Biz sizə bununla əlaqədar bir neçə misal gətirə bilərik. Məsələn, siz saatı 06:30-a qurursunuz, lakin oyanarkən saatı səhvən 7-nin yarısı deyil, 6-nın yarısı olaraq başa düşürsünüz və yatmağa davam edirsiniz.

3. Səhərlər zəngli saatın vaxtını dəyişməyin

Yəqin ki, səhərlər hər kəs belə bir problem ilə qarşılaşıb: səhər zəngli saat çalır və biz «bir dəqiqə daha yatım» deyib saatı geriyə çəkirik. Zəngli saatı yatağınızdan kənara qoyun.

Yaxşı düşünün, 10-15 dəqiqə artıq yatsanız, nə olacaq?

Əksinə, çalışın 15-20 dəqiqə tez oyanın. Bu sizə dərsə, işə yaxşı əhvalla getməyə kömək edəcək.

4. Görüşəcəyiniz yerə tez gəlin

Çox adam kimisə gözləməyi sevmir. Lakin bəzən gecikməkdənsə, tez gəlmək daha yaxşıdır. Kimisi gözləyəndə əsəbiləşirsinizsə, özünüz ilə kitab götürün və gözləyərkən kitab oxuyun.

Bu halda sizə musiqiyə qulaq asmaq da yardım edə bilər.

5. İntuitiv dərəcədə vaxtı izləyin

Günün hər dəqiqəsi vaxta baxmaq olmur. Lakin daim vaxtı bilmək lazımdır. Məsələn, siz bilirsiniz ki, 10 dəqiqəyə iş yerinizə çatırsınız. Nəzərə alın ki, yolda problemlərlə qarşılaşa bilərsiniz. Məsələn, qonşu sizi söhbətə tutar, avtomobil yol verməz və s. Ona görə, evdən təxminən 20 dəqiqə tez çıxmağınız məsləhət görülür.

6. Gecə yaxşı yatın

Siz yaxşı yatdıqda beyniniz yaxşı işləyir. Buna görə, saat 23:00=dan gec yatmağınız məsləhət görülmür.

7. Özünüzə qeydlər saxlayın

Evdə və yaxud kompüterinizdə qeydlər saxlayın. Əgər vacib işlərinizi yazmasanız, onları unuda bilərsiniz. Sonra onları xatırlamaq üçün çoxlu vaxt sərf edəcəksiniz.

Vaxtınızı boş yerə sərf etməyin.

8. Evdə bütün saatların eyni vaxtı göstərdiyini yoxlayın

Bir çox insanların evlərində saatlar fərqli  vaxtı göstərir. Divar saatında bir vaxt, telefon saatında başqa vaxt göstərilir. Əmin olun ki, evdə bütün saatlar eyni və düz vaxtı göstərir.

9. Vaxtınızı düzgün bölüşdürün

Səhər əl- üzünüzü yumağa, makiyaja, səhər yeməyinə və yola nə qədər vaxt sərf etdiyinizi müəyyən edin.

10. Nə geyinəcəyinizi axşamdan hazırlayın

Qadınların əksəriyyəti səhər bütün vaxtlarını nə geyinəcəklərinə sərf edirlər. Buna görə axşamdan nə geyinəcəyinizi seçin.


  •  
  •  
  •  
  •