Özümüzü nə dərəcədə yaxşı tanıyırıq – II
- Zökəm yaradan 100-dən çox virus növü vardır.
- Başı divara vurmaqla 1 saata 150 kalori itirmək olar.
- İnsan – canlı aləmin düz xətt çəkməyi bacaran yeganə nümayəndəsidir.
- İnsanın həyatı boyu dərisi təqribən 1000 dəfə dəyişir.
- Qadınlar kipriklərini kişilərdən 2 dəfə daha az qırpırlar.
- İnsan orqanizminin tərkibinə cəmi 4 mineral – apatit, araqonit, kalsit, və cristobalite daxildir.
- Gözləri gör rəngdə olan insanlar digər insanlarla müqayisədə ağrı hissinə qarşı daha həssa olurlar.
- İnsan bədənində sinir impulsları saniyədə təqribən 90 metr sürətlə hərəkət edirlər.
- Baş beyində bir saniyədə 100 000 kimyəvi reaksiya baş verir.
- Uşaqlar diz qapaqları olmadan doğulur. Bu diz qapaqları isə 2-6 yaş arasında formalaşır.
- Eyni yumurta əkizi olan uşaqlardan birinin müəyyən bir dişi olmazsa, digərinin də məhz həmin dişi olmayacaq.
- İnsanın ağ ciyərinin səthinin ölüçsü tennis kortunun ölçüsünə bərabərdir.
- Leykositlər orqanizmdə 2-4, eritrositlər isə 3-4 ay yaşayır.
- İnsan orqanizmində ən güclü əzələ – dildir.
- İnsanın ürəyinin ölçüsü onun yumruğunun ölçüsünə bərabərdir. Yaşlı insanın ürəyinin çəkisi 220-260 qramdır.
- Uşaq doğularkən onun bədənində 300 sümük olur, bpyük yaşda isə bu sümüklərin sayı cəmi 206-ya bərabər olur.
- İnsanın sağ ağciyərinə sola nisbətən daha çox hava yerləşir.
- Böyük yaşda olan insan gün ərzində təqribən 23 000 dəfə nəfəs alır.
- İnsanın ağız hissəsində 40 000-ə yaxın bakteriya var.
- İnsan orqanizmində 2 000-ə yaxın dad reseptoru var.
- İnsan gözü 10 000 000 rəng çalarını seçməyə qadirdir.
- İnsan ürəyi qanı 4-cü mərtəbə səviyyəsinə qaldırmağa imkan verən təzyiq yaradır.
- İnsan yuxuda olarkən, televiziyaya baxdığı zaman itirdiyi kaloridən daha çox kalori itirir.
- İnsan gülmək üçün 17 əzələsindən istifadə edir.
- 60 yaşında olan insanların əksəriyyəti öz dad reseptorlarından yarısıni itirir
- İnsan orta hədlə ömrünün iki həftəsini işıqforda gözləyərək keçirir.
- Normal insan gün ərzində 5 dəfə gülür.
- İnsan orta hədlə 24 saat ərzində 4 800 söz işlədir.