Özünətəlqinin gücü

İnsanın öz beyninin imkanlarından tam şəkildə istifadə etmədiyi artıq cəmiyyətə məlumdur. Bu vəya digər halda hamımız möcüzələrə qadir gizli ehtiyatlara sahibik. Buraya özünətəlqinin heyrətamiz, hətta şəfaverici qabiliyyəti də daxildir. Bu faktın təsdiq edilməsi üçün külli sayda nümunələr mövcuddur.

Məsələn, xəstələrini parkinson xəstəliyindən müalicə edən italyan həkim Fabrisio Benedetti xəstələrinə adət edilən və tərkibində dofamin olan dərmanlar əvəzinə, suda xörək duzunu həll edib verirdi. Nəticədə də, xəstələrdə dərman qəbul edilərkən yaranan reaksiyanın eynisi yaranmışdır. Bu eksperiment sayəsində Fabrisio Benedetti sübut etdi ki, adi duzlu suyu dərman hesab edərək içən xəstələrin beynində özünətəlqin vasitəsilə onlara məhz lazım olan dofamin yaranmışdır. Belə bir nəticələrə bədənin keyləşdirilməsi, həmçinin revmatizmanın, mədə ağrılarının və xərçəngin müalicəsi zamanı digər həkimlərdə gəlmişlər.

Bir əşya ağ olduğu halda, onun qara olduğuna necə inanmaq olar? Bir şeyi bütünlüklə əmin olduqda, bunun əksini fikirləşmək elə də asan deyil. Lakin insan beyni hər şeyə qadirdir və kortəbii inam vasitəsilə çox şey əldə etmək mümkündür. Məsələn çox güclü bir dərman vasitəsini adi bir təbaşir ilə əvəz etmək mümkündür. İnamsız isə nəticə sıfıra bərabər olacaq.