Özünəinam, karyeranın birbaşa asılı olduğu amildir. Xoşbəxtlikdən onun kifayət qədər olmadığı hallarda özünəinamı da əzələ kimi artırmaq olar.
“Liderlik və hakim vəziyyəti tutmaq nöqteyi-nəzərindən özünə inamlı olmaq son dərəcə vacibdir”, – Talentspace şirkətinin korporativ psixoloqu və “Özünəinam: istədiyinizə nail olmaq qabiliyyəti” kitabının müəllifi Rob Enq bu barədə belə deyir.
“Başqalarının sizə inamı olması üçün, siz özünüzə inanmalısınız . İnsanlar üçün özünəinamlı və səriştəli olmaq təxminən eyni amildir”, – o belə hesab etdiyini deyir.
Satış, danışıqlar və təqdimatlar üzrə təlimlərin aparıcısı Bob Eterinqton əmindir ki, karyeranın birbaşa müvəffəqiyyətli olması yaxud olmaması özünəinamdan asılıdır: “Şirkətləri ən peşəkar adamlar deyil, özlərinin ən peşəkar olduğunu düşünən adamlar idarə edirlər”.
Oxşatmağa çalışın
”Çox vaxt karyeranın əvvəlində etibar qazanmaq üçün yalandan özünü özünəinamlı göstərməli olursan, – deyərək Eterinqton qeyd edir. – Nə etdiyini yaxşı bilən adamın hisslərini təsəvvür etməyə çalışın”. Lakin Eterinqton onu da əlavə edir ki, süni özünəinam onunla yaxşıdır ki, o çox vaxt əsl özünəinama çevrilə bilir. Xəyalən əldə etmək istədiyiniz nəticəni təsəvvür edin. İdmançılar daima belə edirlər, topun necə hədəfi keçdiyini görürlər. Hətta əgər siz təsəvvür etdiyinizə inanmasanız da, sizin beyniniz bu şəklə ilişəcək və sizdəki özünəinam artacaq.
Daha aşağı səslə danışın
Söhbətə başlayarkən və ya yaxud təqdimatlar keçirdikdə, Eterinqtonun məsləhətindən istifadə edin: “Aydın və daha aşağı səslə danışın. Ayaqlarınızı bir birindən təxminən 30 sm məsafədə qoyun, danışdığınız vaxt əllərinizdən istifadə edin, auditoriya ilə vizual əlaqə yaradın”.
Praesta-nın məşqçisi Piter Şou şəxsi təcrübənin kömək edə biləcəyini təsdiq edir. “Özünüzdə inam hiss etdiyiniz keçmiş hadisələri yada salın. Müvəffəqiyyət haqqında xatirələrinizi qoruyub saxlayın, – deyərək o məsləhət verir. – Və bu vəziyyəti iş mühitinə keçirməyə çalışın. Həmçinin siz bu sözləri təkrar edə bilərsiniz: “mən bunu edə bilərəm” yaxud “sakitlik, ancaq sakitlik”.
Enq deyir: “Psixoloqlar “şəffaflıq xülyası” terminindən istifadə edirlər. Əksər adamlar əsəbi olanda, düşünürlər ki, ətrafdakılar bunu –onların keçirdiyi hissləri görürlər. Lakin bu belə deyil. Özünüzü daha inamlı hiss etmək üçün bunu sadəcə yadda saxlamaq kifayət edər”.
Daha tez gəlin
Öz-özünə qiymət vermənin iki üsulu var. Birincisi, sizin hazır olduğunuzu, ev tapşırığınızı yerinə yetirdiyinizi bilməyiniz lazımdır, ikincisi isə, harasa gəldikdə ehtiyat, boş vaxtınız olmalıdır. “Hətta əgər sizə tədbir qabağı, gecə bütün səhifələri oxumaq tamamilə vacib deyilsə də, bu məşğuliyyət sizə özünüzü daha inamlı hiss etməyə kömək edər, – deyə Şou bildirir. – Təcrübənin olduğu kimi, psixoloji nöqteyi-nəzərdən də həmin dərəcədə hazırlaşmaq vacibdir”.
Harasa qabaqcadan gəlmək fikrinizi bir yerə toplamaq üçün yaxşı üsuldur. “Əgər siz həyəcanlı gəlsəniz və gecikdiyinizə görə üzr istəyəcəksinizsə, bu halda siz görüşməyə hazırlaşdığınız insanlarda özünüzə inam yarada bilməyəcəksiz, bu isə işin pis başlanmsı olacaqdır”, – buna Şou əmindir.
”Özünə inam və lovğalıq, həddindən artıq özünə güvənmək arasında incə sərhəd mövcuddur. Özünəinamlı menecer “tənqidi başa düşmək və əks əlaqəni alqışlamaq” üçün yerində və ayaqlarının üstündə möhkəm durur”, – deyərək Enq fikrini tamamlayır.