ABŞ prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana yazdığı məktubun mətni mətbuata sızıb.
Oktyabrın 9-da “Sülh çeşməsi” əməliyyatının başlanmasından bir neçə saat öncə yazılan məktub “Foks Biznes” telekanalının əməkdaşı Triş Reqana ötürülüb. Onun mətbuata yerləşdirdiyi məktubun doğruluğu artıq Ağ Ev tərəfindən də təsdiqlənib.
Məktubda Tramp özünəməxsus üslubda Ərdoğanı Suriyaya hərbi müdaxilədən çəkindirir və bu zaman hədələyici tondan istifadə edir.
“Hörmətli cənab prezident!
Gəlin yaxşı bir razılaşma hazırlayaq! Axı siz minlərə insan ölümünə, mənsə Türkiyə iqtisadiyyatının dağılmasına görə məsuliyyət daşımaq istəmirəm. Sizə gücümü pastor Bronsonla bağlı hadisədə sübut etmişəm.
Sizin bir neçə probleminizi həll etmək üçün gərgin şəkildə işləyirəm. Dünyanı yanıltmayın. Siz çox iş görə bilərsiniz. General Mazlum (Suriya kürdlərinin liderlərindən biri-red.) əvvəllər sizə etmədiyi güzəştlərə getməyə, danışıqlar aparmağa hazırdır. Sizə onun mənə yazdığı və üstündə “məxfi” kodu olan məktubu göndərirəm.
Əgər siz indi humanist və təmkinli hərəkət etsəniz, tarix sizə qəhrəman kimi baxacaq. Amma yaxşı heç nə olmasa, tarix sizə iblis kimi baxacaq. Özünüzü dikbaş oğlan kimi göstərməyin. Axmaqlı etməyin. Sizə sonra zəng edəcəm”.
Maraqlıdır ki, məktubun göndərilməsindən bir neçə saat sonra Tramp qərarını dəyişərək, Ankaraya “yaşıl işıq” yandırıb. Amerikalı siyasətçilər məktubun məzmunu və sonradan baş verən hadisələr arasında ziddiyyətin olduğunu, bunun Trampın ardıcıl qərarlar verməyə qadir olmamasının sübutu olduğunu söyləyib.
Yayılan məlumata görə, Türkiyə prezidenti Rəcəbp Tayyip Ərdoğan ABŞ prezidenti Donald Trampın məktubunu zibil “qutusu”na atıb.
Modern.az