10 C
Baku
Wednesday, November 27, 2024

Özünü FHN polkovniki kimi təqdim edib Türkiyədə mükafat aldı

övqəladə Hallar Nazirliyi (FHN) özünü nazirliyin polkovnik rütbəli əməkdaşı kimi təqdim edərək Türkiyədə bələdiyyə sədri ilə görüşən şəxslə bağlı məsələyə aydınlıq gətirib.

FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib ki, həmin şəxs nazirlikdə işləmir.

“Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə bələdiyyə sədri ilə görüşən şəxs bizim nazirlikdə çalışmır”, – o qeyd edib.

Xatırladaq ki, Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktay sosial şəbəkədə etdiyi paylaşımda qeyd edib ki, 2021-ci ilin avqust ayında Türkiyədə baş verən yanğın zamanı Azərbaycanın FHN-nin polkovniki Rasim Əhmət Marmarisə gərələk təbii fəlakətlə mübarizə aparıb. M.Oktay həmin şəxslə yenidən görüşüb, daha sonra ona plaket təqdim edib. O, görüşdən çəkilən fotoları sosial şəbəkə səhifəsində paylaşıb.

Bələdiyyə sədrinin paylaşımından sonra Türkiyə mətbuatı məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, heç bir mənbədə Azərbaycan FHN-də Rasim Əhmət adlı şəxsin işlədiyinə dair məlumat yoxdur.

Mənbəazxəbər
Son xəbərlər
Digər xəbərlər