1 C
Baku
Cümə, Yanvar 21, 2022

Özünü motivasiya etməyə cəhd göstərmək: dəyər, yoxsa yox?

“Planetdə demək olar ki, 8 milyard insan yaşayır. Niyə görüləsi işlər çoxdur? Niyə bu qədər iş var? Niyə yalnız İlon Mask var?”, – deyə Aleksey Quzey soruşur. 

Tesla-nın son zamanlar dünyanın ən bahalı vatomobil istehsalçısına çevrildiyini nəzərə alsaq, bu çox yaxşı sualdır. Bir insan eyni vaxtda avtomobil inqilabı etmək və göyə raket buraxmaq üçün enerjiyə və istedada necə sahib ola bilər ki, çoxumuz həftədə bir dəfə idman zalına gedə bilmirsə?

Əslində, Mask tək deyil. Hər hansı böyük mütəfəkkirin, sahibkarın və ya liderin həyatı haqqında oxuyun. Görəcəksiniz ki, onları birləşdirən bir cəhət var: məşğul olduqları işdə müvəffəqiyyətə çatmağa kömək edən qeyri-adi enerji. Məsələn, Ben Franklin çap imperiyasını qurub, ildırım ötürücü ixtira edib və İstiqlal Bəyannaməsinin hazırlanmasına vasitəçilik edib. Mari Küri iki Nobel mükafatı qazanıb, Tomas edison isə gündə cəmi dörd saat yatıb. 

Bu tendensiyanı görərək, bir az daha həvəsli olsaydınız həyatınızın daha yaxşı ola biləcəyini inkar etmək çətindir. Yoxsa buna başqa tərəfdən də baxmaq olar?

Motivasiya: rasional və qeyri-obyektiv?

Motivasiya nəzəriyyələri adətən iki növə bölünür:

  1. Rasional. Bu halda, istəklərimiz məqsədlərimizi əks etdirir. Görünən imkanlar bizi motivasiya edi. Əgər həvəsli deyilsinizsə, demək ki, irəliləməli olduğunuz məqsədiniz yoxdur. 
  2. Qeyri-obyektiv. Uzun müddət çalışa bilmirik, tənbəllik edirik. Ağlımız müasir dövr üçün nəzərdə tutulmamışdır, buna görə də həyatımızı yaxşılaşdırmaq üçün heç bir addım atmaq istəmirik. Buna baxmayaraq, motivasiya süni olsa da, bizə müsbət təsir göstərir. 

Rasional nəzəriyyələr daha çox iqtisadiyyatda istifadə olunur. Bir çox iqtisadi nəzəriyyə bizim bu və ya digər qərarı imkanlarımız daxilində qəbul etdiyimizi iddia edir. Bu fərziyyə tez-tez tənqid olunur: “Reallıqla heç bir əlaqəsi olmaya bu ağıllılar insanların irrasional olduğunu bilmirlər?”.

Fizikada bir çox problem sadələşdirilir və reallıqdan ayrı təsvir olunur. Qeyri-adi cisimlər ideal sferalar hesab olunur. Sürtünmə qüvvəsi nəzərə alınmır. Sıxlıq eynidir. Lakin bu sadələşdirmə nəinki uğursuzluğa səbəb olmur, hətta nəticələri təhlil etməyə və inanılmaz dərəcədə dəqiq proqnoz almağa kömək edir. 

Analoji olaraq, insanlar qeyri-obyektiv olsalar da, rasional olduqlarını idda edərək yenə də olduqca yaxşı iş görürlər. Bəzən səhvlər özü-özünə düzəlir. İnvestorların əksəriyyəti birjaya qərəzli yanaşsa belə, səhvi tapmaq və düzəltmək üçün çox səy göstərmək lazım deyil. 

Siqnal nəzəriyyələri rasional motivasiyanın ehtimalını daha da artırır. Bu nəzəriyyələr bizim başqalarının gözündə daha yaxşı görünmək üçün niyyəltərimiz barədə tez-tez yalan danışdığımızı iddia edir. Bir şeyi etməyə həvəsli deyilsinizsə və bunun izahını tapa bilmirsinizsə, bəlkə bəzi məqamlarla razılaşmaq istəmirsiniz sadəcə?

Əgər bu nöqteyi-nəzərini qəbul edirsinizsə, demək, motivləriniz rasionaldır. İlon Mask həqiqətən çox böyük motivasiyaya sahibdir, çünki imkanları olduqca genişdir. Beləliklə, həvəsin olmaması xarakterinizdən daha çox imkanlarınız ilə əlaqəli ola bilər. 

Bəlkə “motivasiya çatışmazlığı” anlayışı mövcud deyil?

Digər motivasiya nəzəriyyələri bizim əvvəldən qərəzli olduğumuzu iddia edir. Bu, mükəmməl rasionallıq mümkün olmadığı üçün baş verə bilər. Həmişə sonsuz sayda seçimlər var və biz onların yalnız kiçik bir hissəsi haqqında bilirik. Rasionallıq həmişə məhduddur, buna görə də ağıllı qərarlar bəzi variantları gözardı edirlər. 

Və ya bu heç bir effekti olmayan qaydalar ola bilər. Müasirlik bizi formalaşdıran mühitdən xeyli fərqlənir. Son vaxtlara qədər əksər hallarda həyatda yalnız bir qalib ola bilərdi. İnnovasiya və ya sosial tərəqqi çox az idi. İddialı olmaq pis sayılırdı, çünki nəyisə əldə etmək onu başqasının əlindən almaq demək idi. 

Beləliklə, İlon Mask kimi insanların sayı çox ola bilməz, çünki instinktlərimiz bizim var-dövlət yaratmaq və ya tərəqqini təşviq etmək iqtidarında olduğunu dərk edə bilmir. Biz bu fürsətlərə göz yumuruq və atalarımızın istifadə etdiyi statusa çatmağın yolunu axtarırıq. 

Motivasiya: qulaq asmaq, yoxsa təkan vermək?

Bu fikirlər iki fərqli yanaşma təklif edir:

– Əgər motivasiyanızın rasional olduğunu düşünürsünüzsə, qulaq asın. Sizi nə motivasiya etdiyinə diqqət yetirin. Əgər özünüzü həvəsli hiss etmirsinizsə, bəlkə imkanlarınız məhduddur? 

– Əgər motivlərinizdə qərəzlisinizsə, onda bir balaca təkan lazımdır. Hətta böyük imkanlar belə intizam tələb edir. Qaydalar, sistemlər və vərdişlər tənbəl varlığa özünü göstərməyə mane olur. 

Bizcə, prokrastinasiya bir şey etməyə başladıqdan, məyusluq isə yaxşı istirahət etdikdən sonra yox olur. Motivasiya hər zaman yüksəlir və enir, buna görə qısamüddətli dəyişikliklər az əhəmiyyət kəsb edir. 

Lakin uzunmüddətli perspektivdə motivasiyanız vacib siqnallardan biridir. Əgər özünüzü bir şeylə aylarla və ya illərlə məşğul olmağa məcbur edə bilmirsinizsə, problem seçdiyiniz layihədədir. 

Biz yamacadan axan çay kimiyik: özümüzü ən uyğun şəkildə aparırıq. Axının istiqamətini dəyişdirmək üçün bəndlər və drenajlar tikə bilərik, ancaq mühəndislik səylərimiz məhduddur. Suyu yuxarı itələməyə çalışmadığınız zaman daha çox irəliləyiş əldə etmiş olursunuz. 

 

Son xəbərlər
Oxşar xəbərlər