24 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

Özünü təkmilləşdirməyə dair praktiki məsləhətlər

Screen Shot 2021 09 02 at 14.34.20

1. Hər gün kitab oxumaq lazımdır. Heç bir jurnal və ya informasiya vasitəsi ilə bu müdriklik mənbəyini əvəz etmək mümkün deyil.

2. Yeni dillər öyrənin. Dil kursları insanda yeni səriştələr kəşf edir, həmçinin insana əcnəbi bir ölkənin mədəniyyətinə toxunmaq, onunla təmasda olmaq imkanı verir.

3. İnsanın hobbisi olmalıdır. Ola bilsin ki, bu sizin vərdiş etdiyiniz, ya da əksinə sizin üçün tamamı ilə yeni bir həyatda əvvəldən sahib olduğunuz və ya sonradan mənimsədiyiniz bir məşğuliyyət, maraq ola bilər. Hobbinin sizin əsas işinizdən kəskin fərqlənməsi daha məqsədəuyğundur

4. İstənilən bir şəhərdə pulsuz seminarlar, kurslar və ya məruzələr keçirilir, məhz bu tədbirlər yeni bilik və səriştə əldə etmək üçün yaxşı vasitədir. Onlar ilk baxışda çox aydın görünən məsələlərə başqa aspektdən baxmağa, yenidən nəzərdən keçirməyə kömək edir.

5. Öz ətrafınızda xoş bir abı-hava yaradın. Məhz bizi əhatə edən müsbət enerjili insanlar və ya əşyalar bizi pozitiv ilə yoluxdurur və bizi gündəlik ilham pərisi ilə təmin edir. Bu yaşayış yeri, iş mühiti, geyim və sairdən gedir.

6. Öz gününüzdən məhsuldar istifadə edin. Yuxudan tezdən qalxın, bu məhsuldarlığı artıracaq və sizin həyat keyfiyyətinizə müsbət təsir göstərəcək. günün aktiv keçəcəyi fikrinə özünü yükləmək lazımdır.

7. Bədən tərbiyəsi və idmanla məşğul olmaqla həm sağlam bədənin, həm də sağlam ruhunun olmasını təmin etmək üçündür. Ona görə də onlar gündəlik rasiona daxil edilməlidirlər.

8. Özünüzə rəqib tapın. Rəqabət şəxsi inkişaf üçün ən yaxşı stimuldur. Bu rəqib istənilən bir sahə üzrə seçilə bilər – vaxtın idarə edilməsi, maliyyə, artıq çəkidən xilas olmaq, idman nailiyyətləri və s.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər