17 C
Baku
Friday, May 3, 2024

Özünüidarə sizi güclü edir

Torontodakı Rotman universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, insan beyni özlüyündə fəal özünüidarəyə malikdir. Özünüidarəetməni yaxşı bacaran insanlar lazımi nəticəyə sahib olmaq üçün çox az səy göstərərək buna nail olurlar.

Təcrübənin rəhbəri Mark Berman və onun həmkarları təxminən 40 il əvvəl aparılmış məşhur “zefir testi”ni təkrarlayaraq onun nəticələrini təhlil etmişlər. Onlar 4 yaşlı uşaqları iki seçim qarşısında qoyurdular, ya elə indicə bir dadlı zefir almaq, ya da 15 dəqiqə gözləyib ikisini almaq. Azyaşlı uşaq üçün bu çox çətin tapşırıqdır. Lakin öz xeyri üçün bir neçə dəqiqə artıq gözləyən uşaqlar gələcəkdə məktəb və universitetlərdə yüksək qiymətlər almış, narkotiklərdən uzaq olmuş və gözəl fiziki formaya sahib olmuşlar.  Bununla yanaşı onların bank hesablarında daha çox pul olmuş və gözəl ailə həyatına sahib olmuşlar.

Təcrübələrin davamı olaraq alimlər uşaq vaxtı testdə iştirak edərək zefiri tez istəyən və gözləməyi seçən insanları yenidən təcrübəyə dəvət etmişlər.  Beyinə nəzarət etmək üçün maqnit-rezonans tomoqrafiyasından istifadə edildi. İştirakçıların işlək yaddaşını yoxlamaq üçün qısa müddət ərzində 6 söz göstərilmiş, daha sonra isə onlardan hansı sözün əvvəl göstərildiyi soruşulmuşdur.

40 il əvvəl 15 dəqiqə gözləməyi seçənlər bu testdə də yüksək nəticələr göstərmişlər. Maqnit rezonans tomoqrafiyasının nəticələrinə görə onların beyinlərinin alın payında  qan axını yüksəkdir və bu da beyinin yüksək fəallığını artırır. Bundan başqa, bu insanlar ikinci qrupdan fərqli olaraq asan anlayışlar seçmiş və onları izah edə bilmişlər. Həmçinin qarşıya qoyulmuş tapşırığa fikirlərini cəmləməyə onlar daha az səy göstərmişlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər