27 C
Baku
Sunday, July 21, 2024

Özünüməşğulluğa cəlb olunmuş şəxslərə qarşı tələblər sərtləşdirilir

Özünüməşğulluğa cəlb olunmuş şəxslərə qarşı tələblər sərtləşdirilir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona müqavilə əsasında verilmiş əmlakdan 6 ay ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytaracaq

Qüvvədə olan qanunda bu müddət 1 il nəzərdə tutulub. Digər tərəfdən qanuna təklif edilən yeni dəyişikliyə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində özgəninkiləşdirdikdə, digər şəxsin istifadəsinə verdikdə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməli olacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər