“Dövlət Məşğulluq Agentliyi” “Gravity INC.” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə özünüməşğulluq proqramına cəlb olunacaq şəxslərə təlimlərin keçirilməsi xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 619 736 manatdır.