16 C
Baku
Thursday, May 2, 2024

Özünütəhlil seansı: İl ərzində hansı karyera uğurları əldə etmisiniz?

İlin sonu –karyera inkişafını nəzərdən keçirməyin ən münasib vaxtıdır. İl ərzində nəyə nail ola bilmisiniz? Hansı resurslar çatışmırdı və niyə? Gələn il daha çoxuna necə nail olmaq olar? Bu suallara cavab vermək üçün yarım saat vaxt ayırın – dəqiq məqsədlər qoyaraq düşünülmüş şəkildə irəliyə hərəkət edin.

Yekun

Kağız götürün və ora “Mənim nailiyyətlərim” adı altında başlıq yazın. Bu vərəqdə özünüzlə fəxr etməyə imkan verən səbəbləri qeyd edirik. Nailiyyətlərin analizinə kompleks şəkildə yanaşın.

1) İlk öncə karyera nailiyyətlərini və karyeradakı formal irəliləyişləri nəzərə alın. İlin əvvəlində siz hansı nailiyyətləri əldə etməyi planlaşdırırdınız? Bəs hansılarına nail oldunuz? Əgər nəticələr ilkin məqsədlərə uyğun deyilsə, onda finiş xəttinə çatmağa imkan verməyən səbəbləri aydınlaşdırın.

2) Daha sonra professional keyfiyyətlərin inkişafını təhlil edin. Axı vertikal karyera – hələ uğurun yeganə göstəricisi deyil. Ola bilər ki, siz qarışıq professional sahələri mənimsəmisiniz və ya əhəmiyyətli dərəcədə ixtisasınızı artırmısınız. Bunu nailiyyətlər siyahısında qeyd edin.

3) Ən vacib amillərdən biri işdən nə dərəcədə zövq almağınız ilə bağlıdır. Inanılmaz karyera nailiyyətləri əldə etmək olar, lakin bir gün özünüzü taqətdən düşmüş kimi hiss edə bilərsiniz. Özünüzə belə bir sual verin: hansı əhval-ruhiyyə ilə işə gedirsiniz? Sizdə inkişaf etmək istəyi var? Əgər cavablar müsbətdirsə, onda bu o deməkdir ki, siz doğru yoldasınız. Mənfi cavablar isə gələcək fəaliyyətinizə düzəliş etməli olduğunuz anlamına gəlir.

Yeni məqsədlər

İlin yekunlarını analiz etmək təkcə əldə edilmiş nailiyyətləri təhlil etmək üçün deyil. Bu, gələcək planların tərtib edilməsinin əsas mərhələsindən biridir.
Ikinci bir vərəq götürün – orda gələcək üçün planlarınızı formalaşdırın. Məqsədləri üç meyar əsasında nəzərdən keçirin.

1) Karyeradakı irəliləyişlər. Gələn ildə hansı zirvələri fəth etmək istəyirsiniz və bunun üçün nə lazımdır? Bu mərhələdə obyektivliyi qorumağa çalışın: öz imkanlarınızı nə həddən artıq, nə də aşağı qiymətləndirməyin və uğur qazanmadığınız təqdirdə ətrafdakıları günahlandırmayın.

2) Professional inkişaf. Psixoloqlar növbəti qızıl prinsipə əməl etməyi tövsiyə edirlər: zəif keyfiyyətlərdə deyil, güclü xüsusiyyətlərinizdə diqqətinizi cəmləyin. Təbii ki, zəif xüsusiyyətləri də bir kənara atmaq olmaz – məsələ bunda deyil. O insanlar uğur əldə edir ki, onlar özlərinin ən yaxşı bacardıqları işlə məşğul olurlar və bunu həqiqətən maraqla edirlər. Qoy, yeni ildə bu sizin əsas yol göstərən ulduzunuz olsun.

3) Ümumi qənaətbəxşlik. Ümumiyyətlə, siz işdən nə istəyirsiniz: pul, nüfuz, stabillik, zövq? Bəs əslində nəyə sahibsiniz? Əgər bu müqayisə zamanı böyük uyğunsuzluqlar aşkar edilirsə, onda oturun fikirləşin.

Qoy, yeni il sizə yeni imkanlar və onun reallaşdırılması üçün enerji bəxş etsin!

Son xəbərlər
 ⁠
Digər xəbərlər