20 C
Baku
Tuesday, April 23, 2024

Özünüzü nə dərəcədə yaxşı tanıyırsınız?

“Öhdəsindən gəlməyimiz çətin olan üç şey var: polad, almaz və özünü tanımaq”, – Benjamin Franklin, Poor Richard’s Almanac, 1750.

Franklin bunu 250 il əvvəl yazmışdı. Şübhəsiz ki, o vaxtdan bəri özümüzü analiz etməyimizə və hamıya tanış olan səhvlərdən qacınmağa kömək edəcək bir çox strategiya hazırlamışıq. Məsələn, “ortalamadan yüksək” effekti haqqında hamı bilir – bu o deməkdir ki, çoxumuz maşın sürmək bacarığından tutmuş şəxsi keyfiyyətlərə qədər özünü orta səviyyədən yüksək qiymətləndirir (əlbəttə ki, həmişə haqlı ola bilmərik). Bəs bu biliklə silahlanıb, özümüzü daha dəqiq və düzgün başa düşə bilərikmi? Və əgər alınmasa, bunu necə öyrənmək olar və bunun bizə necə faydası olacaq? Araşdırmalara nəzər yetirək.

Özümü başqalarından ağıllı hiss edirəm

“Ortalamadan yüksək” effektinin təsiri yeni xəbər deyil, lakin amerikalılar arasında keçirilən son araşdırma göstərdi ki, kişilərin təxminən 70%-i və qadınların 60%-i “Mən başqalarından daha ağıllıyam” ifadəsi ilə razıdır. Budur ki, insanlar sahib olduqları intellekti olduğundan daha yüksək qiymətləndirməyə meyllidirlər (orta hesabla fərq 30 bal təşkil edir). Beləliklə, düşündüyümüz qədər ağıllı olmadığımızı sübut etmiş oluruq.

Yaxşı, amma ən azı biliklərimin sərhədlərini bilirəm

İnsanların çox da yaxşı bacarmadıqları bir işdə qabiliyyətlərini yüksək qiymətləndirmək meylini “Danninq-Krüqer effekti”ndə görmək olar. Devid Danninq yazırdı: “Cahilliyin dərəcəsi insanlar üçün çox vaxt görünməz olur”.

Həddən artıq güvən həm səriştəsiz insanın özü, həm də onu əhatə edənlər üçün təhlükəli ola bilər. Məsələn, ABŞ-ın pilot tələbələri arasında aparılan araşdırmanın nəticələrinə görə, pilot səriştəsi testində daha aşağı bal toplayanlar “qabiliyyətlərini olduğundan qat-qat yüksək” qiymətləndirdi. Eyni effekt digər qruplar arasında da müşahidə edildi. Məsələn, kimyaçılar arasında. Bu halda imtahanda 50% daha aşağı nəticə göstərən şagirdlər yekun qiymətin 69% təşkil edəcəyini düşünürdü. Nəzərəçarpan fərqdir, elə deyilmi? Əgər imtahana kifayət qədər hazır olmadığınızı bilmirsinizsə, bu – fəlakətdir!

Yaxşı. Amma özümü yaxşı tanıdığımı inkar edə bilmərsiniz!

Hər dəqiqə dəyişən şəxsiyyətinizi nə qədər yaxşı tanıyırsınız? Son araşdırma göstərdi ki, insanlar ani ekstraversiya və vicdanlılıq səviyyələrini başa düşsələr də, həmin zaman kəsiyində nə dərəcədə xoşagələn olduqlarını qiymətləndirməkdə çətinlik çəkirlər. Tədqiqatçıların sözlərinə görə, bunun səbəbi “şəxsiyyətlərarası problemlərlə əlaqəli ola bilər”.

Bununla belə, əgər söhbət ümumiyyətlə tək sizin şəxsiyyətinizdən gedirsə, özünütəhlil ilə bağlı yaxşı xəbərimiz var. Şəxsiyyət haqqındakı məlumatları özümüz və başqaları tərəfindən qiymətləndirilməsi əsasında müqayisə edən genişmiqyaslı sorğuya görə, insanların mövqeyi çox vaxt düzgün olur. Bəzən hətta özümüzü digər insanlara nisbətən daha sərt qiymətləndiririk. Bu, bu sahədəki digər işlərə əsaslanan tədqiqatçılar üçün sürpriz oldu.

Amma nəyi sevdiyimi bilirəm, düzdür?

Deyək ki, duzlu və sirkəli çipsləri sevirsiniz, pendirli və soğanlı olanlara isə nifrət edirsiniz. Heç kim sizin səhv etdiyinizi iddia edə bilməz. Lakin qəhvə içməyi xoşladığınızı söyləsəniz, sizinlə razılaşmayacağıq. Belə çıxır ki, bəzən istəklərimizi arzularımızdan ayırd etməyi bacarmırıq. Bu il nəşr olunan araşdırma qəhvə sevənlərin (gündə üç və ya daha çox fincan qəhvə içmək) onu “sevdiklərini” deyil, “istədiklərini” göstərdi. Başqa sözlə desək, qəhvəni çox sevdiyiniz üçün deyil, ondan asılı olduğunuz üçün içirsiniz.

Özümü daha yaxşı tanımaq üçün nə edə bilərəm?

Əgər ətrafımızdakı insanlar bizə qarşı daha dürüst olsaydılar, bütün bu problemlər həllini tapardı. Siz həm dürüst rəy axtarmağa, həm də “ortalamadan daha yüksək effekti”ni diqqət lə izləməyə meylli olmalısınız. Self and Identity jurnalında yayımlanan araşdırmalar göstərir ki, özünüdərk səviyyəsinə görə daha təvazökar olan insanlar əslində özlərini daha yaxşı tanıyırlar.

Özünü tanımaq nə dərəcədə vacibdir?

Heç kim narsiss olan insanları sevmir. Lakin əslindən yaxşı olduğunuzu düşünmək bəzən faydalı ola bilər. Bunun səbəbi nikbinlik qərəzindən qaynaqlanır – adətən həyatımızda baş verən müsbət hadisələri yüksək, mənfi hadisələri isə aşağı qiymətləndiririk (məsələn, işdə vəzifədə yüksəlmək və avtomobil qəzasına düşmək). Ekspertlərin fikrincə, nikbinlik zehni və fiziki sağlamlıq üçün vacibdir.

Tədqiqatçılar özünü dəqiq qiymətləndirməyin yüksək məmnunluq səviyyəsi ilə əlaqəli olmadığını aşkar etdilər. Əldə edilən məlumata görə, qabiliyyətlərini yüksək qiymətləndirən insanlar yüksək məmnunluq səviyyəsinə sahib olurlar.

Kiçik xəbərdarlıq

Bu yaxınlardan keçirilmiş araşdırmada özünəhörmətin potensial müsbət və mənfi cəhətlərini başa düşməyimizin, özümüzü aldatma növləri daxil olmaqla bir çox problemlərlə “çirkləndirildiyi” məlum oldu. (Özünü aldatmaq istəyi insanın öz dəyərini qorumaq tələbindən qaynaqlanır və özünütəhlilə laqeyd yanaşmağımız səbəbindən mövcud olur). Mütəxəssislər özünü daha yaxşı tanımaq üçün “özünütəsdiqin nə üçün, nə zaman, harada və kimə görə dəyərli və faydalı olduğunu sistematik şəkildə araşdırmağa” çağırırlar.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər