23 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Pəncşir tamamilə “Taliban”ın nəzarəti altına keçdi

Screen Shot 2021 09 02 at 14.34.20

Əfqanıstanın Pəncşir əyaləti tamamilə “Taliban”ın nəzarətinə keçib.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Zabiullah Mücahid məlumat verib.

“Düşmən muzdlularının son əyaləti olan Pəncşir tamamilə ələ keçirilib. Ölkədə tam təhlükəsizliyin təmin edilməsi üçün gördüyümüz işlər də öz nəticəsini verib”, – deyə Zabiullah Mücahid qeyd edib.

O, üsyançıların bəzilərinin məğlub olduğunu, digərlərinin isə ölkədən qaçdığını əlavə edib. Taliblər Pəncşir əhalisinə zülm etməyəcəklərini vurğulayır.

Xatırladaq ki, avqustun əvvəlində “Taliban” ABŞ qoşunlarının geri çəkilməsi fonunda Əfqanıstanda hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücuma keçib. Avqustun 15-i taliblər Kabilə daxil olub və prezident sarayını nəzarət altına götürüb.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər