7 C
Baku
Thursday, February 29, 2024

Pərakəndə biznes məhsulların satışı departamenti – aparıcı mütəxəssis/kiçik mütəxəssis – Nikoil Bank

Pərakəndə biznes məhsulların satışı departamentinin Partnor şəbəkəsinin inkişafı şöbəsinin aparıcı mütəxəssisi/kiçik mütəxəssisi

Öhdəliklər:

• Pərakəndə bank məhsullarının satışını həyata keçirmək üçün yeni partnyorların cəlb olunması;
• Potensial dövlət,özəl müəssisələrin rəhbərləri və əməkdaşları ilə görüş, təqdimatlar keçirmək 
• Bankın məhsul və xidmətlərini özündə əks etdirən reklam materiallarının potensial müəssisə və partnyorlar arasında təbliğatını təmin etmək;
• Pos ekvayrinq xidmətinin təşkilini həyata keçirmək üçün Partnyor müəssisə və sahibkarların cəlb olunması
• Cəlb edilmiş partnyorların işini təşkil etmək

Tələblər:

• Ali Təhsil bakalavr və ya magistr dərəcəsi;
• Azərbaycan dili və Rus dili əla , İngilis dilinin yaxşı səviyyədə olması arzuolunandır;
• MS Office məhsulları üzrə bilik;
• Satış taktikalarına bələd olmaq,yaradıcı və operativlilik;
• Təzyiqə davamlı;
• Yüksək etibarlı,təmkinli,etik
• 22-30 yaş arası

Qeyd :

• Kiçik mütəxəssis vəzifəsi üçün iş təcrübəsinə tələb yoxdur.
• Aparıcı mütəxəssis vəzifəsi üçün iş təcrübəsi 1-3 il.

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Son xəbərlər
Digər xəbərlər