16 C
Baku
Sunday, April 21, 2024

Pərakəndə ticarətdə 22 milyard manatlıq satış

2022-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22,5
milyard manatlıq, o cümlədən 12.6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 9.9 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.

Banker.az DSK-ya istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artıb.

2022-ci ilin yanvar-iyun aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara
xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel
yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi
ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının,
17,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2022-ci ilin yanvar-iyun aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir.

2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə
müəssisələr üzrə 6,0 faiz, bazar və yarmarkalarda 7,5 faiz artmış, fərdi sahibkarlar üzrə isə 1,0 faiz azalmışdır.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda
373,5 manatlıq, o cümlədən 209,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
163,9 manatlıq qeyri-ərzaq malları almışdır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər