11 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Pərakəndə ticarətdə POS-terminallarla ödənişlər 1 mlrd. manatı ötür

Respublikada pərakəndə ticarət dövriyyəsində POS-terminallarla ödənişlərin həcmi ümumi dövriyyədəki payını 12.9%-ə yüksəlib.

Banker.az bu barədə əldə etdiyi rəsmi məlumatda görə, bu 2021-ci ilin yanvar-sentyabr aylarına olan göstəricilərdə qeyd edilir.

2020-ci ilin müvafiq dövründə POS-terminalların payı 10.3% idi.

Hesabat dövründə Azərbaycanda 7 904.77 milyon manat həcmində pərakəndə ticarət dövriyyəsi olmuşdur. Bu dövriyyənin isə 1 016.3 milyon manatı nağdsız ödənişləri sistemini həyata keçirən POS-terminallarla aparılıb.

Beləliklə, POS-terminallarla 2020-ci ilin eyni dövrü ilə müqayisədə 392.6 milyon, yaxud 62.9% artım müşahidə edilmişdir.

POS-terminallarla pərakəndə ticarətdə aparılan ödənişlərin həcmi rüblərlə yüksəlməkdədir. Cari ilin birinci rübündə Azərbaycanda POS-terminallarla 295.04 milyon manat, ikinci rübündə 339 milyon manat, üçüncü rübündə isə 382.34 milyon manat həcmində ödənişlər həyata keçmişdir.312313

Elektron ticarətin isə ümumi pərakəndə ticarət dövriyyəsində payı 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 1.13% olmuşdur. Bu göstərici 2020-ci ilin eyni dövründə 1.1% idi.

Cari ilin ilk 9 ayı ərzində Azərbaycanda e-ticarətin həcmi 88.97 milyon manat olub, bu da isə öncəki ilin müvafiq dövrünü 33.8% üstələyir.

Cari ilin birinci rübündə e-ticarətin həcmi 36.2 milyon, ikinci rübündə 28.8 milyon manat və üçüncü rübündə 23.99 milyon manat təşkil etmişdir.

Qeyd edək ki, ötən ildən Azərbaycanda hökumət tərəfindən nağdsız ödənişlərin böyüməsi üçün “ƏDV Geri Al” kimi innovativ layihə işə salıb. Hazırda ölkədə ƏDV qaytarıldıqda ƏDV-nin nağdsız alış üçün 15%, nağd üçün isə 10% “cash back” təklif edilir.

Bir sentyabr 2021-ci il tarixinə qədər”ƏDV Geri Al” 1.5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib.

1.5 il ərzində 296.85 milyondan artıq qeydiyyatlı çek üzrə istehlakçıya 119.66 milyon manatdan artıq vəsait qaytarılıb

Son xəbərlər
Oxşar xəbərlər
X