2 C
Baku
Sunday, February 25, 2024

Pərviz Şahbazov: “Gələn il “Azəri Mərkəzi-Şərqi” dəniz platformasından ilk hasilatı gözləyirik”

“Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının 2050-ci ilə qədər işlənməsi çərçivəsində gələn il “Azəri Mərkəzi-Şərqi” dəniz platformasından ilk hasilatı gözləyirik”.

Bunu energetika naziri Pərviz Şahbazov Bakıda “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda keçirilən konfransda bildirib.

“Dövlət başçısı öz qətiyyəti, strateji baxışı, yüksək liderlik keyfiyyətləri ilə ölkəmizin davamlı inkişafının, ərazi bütövlüyünün və regionda yeni geosiyasi reallıqların memarı olmaqla yanaşı, həm də Azərbaycanın enerji siyasətini böyük uğurla yeni mərhələyə yüksəldib. “Əsrin müqaviləsi” yeni mərhələdə “XXI əsrin müqaviləsi”nə çevrilib”, – deyə o əlavə edib.

Son xəbərlər
Digər xəbərlər