Nar telekommunikasiya xidmətlərini təmin edən şirkət olaraq öz fəaliyyətinə 2007-ci ildə başlamışdır. Biz abunəçilərimizi innovativ və daha asan ünsiyyət vasitələri ilə təmin etmək üçün davamlı olaraq şəbəkəmizi təkmilləşdiririk.
Nar peşəkar inkişaf və karyera yüksəlişinə nail ola biləcəyiniz bir iş yerdir. Əməkdaşlarımızın fərdi və peşəkar inkişafı üçün şirkətimiz lazımı şərait yaradır. Peşəkar mühit, səmimi, mehriban kollektiv, maraqlı sosial layihələr və korporativ tədbirlər şirkətimizi fərqləndirən amillərdəndir.
Şirkətimiz aşağıdakı vəzifə üzrə uğurlu namizəd axtarışındadır.
Pərakəndə Satış üzrə Mütəxəssis
Əsas vəzifə və öhdəliklər:
• Diler mağazalarında üçün nəzərdə tutulan materialların çeşidinə,ehtiyatına,xarici və daxili görünüşünə nəzarət edir
• Əvvəlcədən təyin olunmuş marşrut üzrə hər bir diler satış məntəqəsi yoxlanılır
• Diler mağazalara Nar məhsullarının kampaniya və ya daimi şəkildə birbaşa satışının təşkil olunması
• Nəzarət etdiyi hər satış nöqtəsi üçün təyin olunmuş nömrə və modem satış hədəflərinə çatmasına dəstək
• Distribyutor və Dilerlərin əməkdaşlarının bilik səviyyəsini daimi inkişaf edir və ehtiyac olduqda onları təlim keçir
• Diler Mağazaları üçün nəzərdə tutulan POSM (reklam materialları) paylanmasını, yerləşdirilməsıni, dükanın vitrinlərinin səliqəli vəziyyətə salınmasını, bitmiş aksiyaların POSM-larını dükandan çıxarılmasını və yenilərlə əvəz edilməsin təmin edir
• Nar işıqlı küçə reklam banerinin və digər reklam materiallarının xarici görünüşünə nəzarət edir
• Distribyutor tərəfindən yeni mağazalar kimi təklif olunan satış nöqtələrinə baxış, qəbul və təhvil-təslim aktlarının hazırlanması, bağlı mağazalar haqqında məlumatın təqdim olunması
• Yeni diler satış məntəqələrində təmir prosesinə nəzarət və nəticələr haqqında məlumat vermək
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Bütövlük
• Müştəri yönümlü
• Komanda işi və əməkdaşlıq
• Nəticə yönümlü
• Davamlı təkmilləşmə
• Satış bacarığı
• Ünsiyyət qurma bacarığı
• Azərbaycan (Mükəmməl), Rus (Mükəmməl) və İngilis (orta) dillərini bilmək
• MS Office proqramlarını bilmək
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali Təhsil
• Satış sahəsində 2-3 il iş təcrübəsi
Əlavə məlumat:
İş qrafiki: tam ştat
İş müddəti: daimi
Son müraciət tarixi: 23/09/2016
Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.
Başlıqda Pərakəndə Satış üzrə Mütəxəssis qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.