2 C
Baku
Saturday, December 14, 2024

Pərakəndə ticarət dövriyyəsi artıb

2017-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,7 faiz üstələyərək 10,2 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 50,6 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,4 faizini qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,6 faiz və 2,7 faiz üstələyib.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2016-cı ilin yanvar-aprel aylarına nisbətən,  faizlə
  Pərakəndə ticarət dövriyyəsi 10 225,7 101,7
 o cümlədən:    ərzaq məhsulları 4617,9 100,7
  içkilər və tütün məmulatları 553,0 100,1
  toxuculuq məhsulları, geyim və

ayaqqabılar

 1 814,4 103,2
  elektrik malları və mebellər  653,4 101,9
  kompüterlər, telekommunikasiya

avadanlıqları və çap məhsulları

  78,4 102,0
  əczaçılıq və tibbi mallar 134,2 101,5
    avtomobil yanacağı  503,6 99,7
    digər qeyri-ərzaq məhsulları  1 870,8 103,5

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,4 faizi elektrik malları və mebellərin, 4,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2017-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının 11,4 faizi hüquqi şəxs statuslu müəssisələr, 53,5 faizi fərdi sahibkarlar tərəfindən, 35,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 2,7 faiz, fərdi sahibkarlar üzrə 2,5 faiz artmış, bazar və yarmarkalar üzrə isə sabit qalmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  263,5 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 36,0 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 133,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,3 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

Son xəbərlər
Digər xəbərlər