9 C
Baku
Sunday, November 17, 2024

Pərakəndə ticarətdə 31 milyard manatlıq satış

2022-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara
30874,5 milyon manatlıq, o cümlədən 17426,0 milyon manatlıq ərzaq məhsulları, içkilər və
tütün məmulatları, 13448,5 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.

Banker.az DSK-ya istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2.8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.2 faiz, qeyri-ərzaq malları üzrə 3.6 faiz artıb.

2022-ci ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları
mallara xərclədiyi vəsaitin 51.6 faizi ərzaq məhsullarının, 4.8 faizi içkilər və tütün
məmulatlarının, 13 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.7 faizi avtomobil
benzini və dizel yanacağının, 5 faizi elektrik malları və mebellərin, 2.3 faizi əczaçılıq
məhsulları və tibbi ləvazimatların, 1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və
çap məhsullarının, 16.6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Son xəbərlər
Digər xəbərlər