2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 51,3
milyard manatlıq, o cümlədən 28,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 22,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.4 faiz, qeyri-ərzaq malları üzrə 5.1 faiz artıb.