12 C
Baku
Wednesday, December 11, 2024

Pərvin Məmmədov PAŞA Bank Georgia-nın İdarə Heyətinin üzvü və Baş Maliyyə direktoru təyin edilib

Banker.az-ın verdiyi xəbərə görə, Pərvin Məmmədov 2023-cü ilin oktyabr ayından PAŞA Bank Georgia-nın Müşahidə Şurasının qərarı ilə PAŞA Bank Georgia-nın İdarə Heyətinin üzvü və Baş Maliyyə direktoru vəzifəsinə təyin edilib.

Məlumat üçün bildirək ki,  Pərvin Məmmədov, 2009-cu ildə Türkiyənin İqtisadiyyat 9 Eylül Universitetinin biznes idarəçiliyi fakültəsini bakalavr dərəcəsini,  həmçinin Biznesin idarə edilməsi üzrə (MBA) təhsilini Azərbaycan Dövlət İqtisad Universitetdə alıb.

Maliyyə sektorunda geniş təcrübəyə malik olan Pərvin Məmmədov karyerasınının ilk dövrlərində Rabitə Bank ASC-də və KredAqro BOKT-da çalışıb.

2012-ci ilin aprel ayından Pərvin Məmmədov karyerasını Kapital Bankda direktor vəzifəsində davam etdirib.

Pərvin Məmmədov PAŞA Bank Georgia-ya 2023-cü ilin oktyabr ayında İdarə Heyəti və Baş Maliyyə Direktoru kimi qoşulub.

SC PASHA Bank Georgia bank, sığorta, əmlakın inkişafı, tikinti, turizm və digər sektorlarda fəaliyyəti  olan şaxələndirilmiş investisiya qrupu olan PAŞA Holdinqin bir hissəsidir.

PAŞA Bank 2013-cü ildən Gürcüstanda fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər